Qahirədə iki tarixi məzar tapılıb. Onların Yüsif peyğəmbərin qardaşlarına aid olduğu deyilir.

Milli.Az salamnews-a istinadla xəbər verir ki, bu barədə ölkənin Tarixi Abidələr Nazirliyinin mənbələri məlumat veriblər.

Bildirilib ki, Qahirənin əl-Əbaciyyə və ət-Tunisi kvartalında yenicə tapılan iki qəbirin Yüsif peyğəmbərin iki qardaşına məxsus olduğu ehtimal edilir.

Qəbirlərin yanında bir tarixi quyunun da aşkar edildiyi bildirilib.

Qeyd edək ki, bundan öncə Misirin Tarixi Abidələr Nazirliyinin Ali Şurasının sədri Mustafa əl-Vəziri yaxın aylarda dünyaya səs-küy salacaq 3 tarixi abidə haqda sürpriz xəbərlərin gələcəyini bildirmişdi.

Milli.Az