24 aprel - Ümumdünya laboratoriya heyvanlarını müdafiə günüdür

24 aprel - Ümumdünya laboratoriya heyvanlarını müdafiə günüdür
21:13 24 Aprel 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Ümumdünya laboratoriya heyvanlarını müdafiə günü qeyd olunur. Həmin gün 1979-cu ildə heyvanlar üzərində ağrılı eksperimentlər əleyhinə Beynəlxalq Assosiasiya (İnterNİÇ) tərəfindən təsis edilib və BMT tərəfindən dəstəklənib. Əvvəllər bu gün bir sıra ölkələrdə heyvanları müdafiə təşkilatları tərəfindən qeyd olunurdu, hazırda isə artıq dünyanın hər yerində viviseksiyaya (laboratoriya heyvanları üzərində eksperimentlər və təcrübələr aparılmasına) qarşı hərəkat fəal inkişaf edir. Müxtəlif ictimai və heyvanları müdafiə təşkilatlarının fəalları bu hərəkatı dəstəkləyirlər.
Təcrübələrdə daha çox istifadə olunan heyvanlar arasında siçanlar, dovşanlar, meymunlar və itlər vardır. Hər bu heyvan növlərinin yüzlərlə nümayəndəsi laboratoriyalarda məhv olur. Bundan başqa, heyvanlardan gələcək tibb işçilərinin və baytar həkimlərinin təlimləri zamanı istifadə olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/24_aprel___Umumdunya_laboratoriya_heyvanlarini_mudafie_gunudur-849612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR