Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı başa çatıb

22:08 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 22-dən 24-dək Belçika Krallığının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində krallığın Namür şəhərində Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı keçirilib.
Konfransın son günündə baş tutan “Əməkdaşlığın inkişafı” başlıqlı panelində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, V.Əliyev çıxışda Azərbaycan hökumətinin son illər ərzində mədəni irsin qorunması sahəsində apardığı məqsədyönlü işlərdən danışıb.
Qeyd edilib ki, ötən ilin mayın 14-dən noyabrın 13-dək Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Bu müddətdə Azərbaycan Avropa Şurasının üç aparıcı sahəsi - insan hüquqları, hüquq norması və demokratiya üzrə hədəflərinə xidmət göstərməklə yanaşı, həm də mədəniyyət sahəsinə öz töhfəsini verib. Xüsusi olaraq, ölkəmizin “Avropa irs günləri” layihəsinin bütün Avropa üzrə mərkəzi tədbirinə ev sahibliyi etdiyi vurğulanıb.
Vaqif Əliyev konfrans iştirakçılarına Bakı şəhərində təşkil ediləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Avropa Oyunları barədə məlumat verib, hər kəsi bu tədbirlərdə fəal iştiraka dəvət edib.
Qeyd edək ki, konfransda 37 ölkə və 20-dən çox beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak ediblər. Tədbirin təşkilinin əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılması olub. Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə deklarasiya qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Surasinin_irs_meseleleri_uzre_mesul_nazirlerinin_konfransi_basa_chatib-849638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR