Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 40-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bududa dairəsinin rəhbəri Uilson Uatira "New Vision" nəşrinə bildirib.

Bududa dairəsinin sakinləri bildirib ki, torpaq sürüşmələrinə səbəb oktyabrın 11-i başlayan güclü yağışlar olub.

Bildirilir ki, təsdiqlənməmiş məlumatlara görə 100-dən çox insan itkin düşüb və ölənlərin sayı arta bilər.

Ölkə prezidenti Yoveri Museveni bildirib ki, hadisə baş verən regiona xilasedicilər göndərilib.

Milli.Az