Tanınmış teleaparıcıdan böyük JEST

Tanınmış teleaparıcı Elçin Əlibəyli gənc yazarlara dəstək olmaq üçün yeni kampaniyaya start verib.

Bu barədə aparıcı Metbuat.az-a deyib:

" #heryeredebiyyat #həryerədəbiyyat hərəkatına "El bizim, sirr bizim" verilişi artıq qoşulub. Bir neçə müəllifin kitabı efirdən təqdim olunub. Müəlliflərə müraciət edirik ki, öz kitablarını təqdim etsinlər. Özləri də verilişə gəlib kitabları haqqında məlumat verə bilərlər. Bundan başqa, verilişin komandası #həryerədəbiyyat adı ilə yazarların öz təqdim etdikləri əsərlərdən ibarət almanaxı çap etdirir. Bu almanax pulsuz bütün ölkə ərazisində paylanacaq. Həmçinin, yeni çap olunmuş kitabların video reklamı da hazırlanıb həm verilişdə, həm də sosial şəbəkələrdə yayımlanacaq. Ən böyük iş isə yeni kitabların çap olunması üçün sponsorların tapılması işində birbaşa yardım etməkdir ki, bunu da bilavasitə öz üzərimə götürürəm. Hamımız #həryerədəbiyyat deyək!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR