İranlı mühəndislərin istehsal etdiyi avtomobil dünya gündəmini zəbt etdi

İranlı mühəndislər yeni avtomobil istehsal ediblər.

Metbuat.az ölke.az-a istinadən xəbər verir ki, əvvəllər “Citroen” və “Peugeot”a bənzər yerli avtomobillər istehsal edən İran indi də “Lamborghini Murcielago” modelinin eynisini hazırlayıblar. İranlı mühəndislərin yeni layihəsi dünya mətbuatının gündəminə düşüb.

“Lamborghini Murcielago” modeli artıq istehsal edilmir. Amma iranlı mühəndislər bu modelin eynisini istehsal edərək müştərilərə təqdim ediblər. İstehsal Təbriz şəhərində baş tutub. İstehsaldan əvvəl italyanların icazəsi alınıb.

Modelin bütün hissələri, mexanik və mühərrik sistemi orijinalına görə istehsal edilib. Layihə rəhbəri Məsud Moradi bildirib ki, məqsəd İranın yerli avtomobil sahəsində super idman və lüks avtomobillər istehsal edə bilmək üçün təcrübə qazanmaqdır.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR