Böyük qalmaqal: jurnalist konsuluq binasında, masada şaqqalanıb - FOTO

Böyük qalmaqal: jurnalist konsuluq binasında, masada şaqqalanıb - FOTO
09:47 17 Oktyabr 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur səudi jurnalist, The Washington Post qəzetinin köşə yazarı, 59 yaşlı Camal Haşoqqinin qətli ilə bağlı yeni təfərrüatlar bəlli olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Türkiyə polisi jurnalistin həyatının son anlarının səs yazısını əldə edib.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna oktyabrın 2-də daxil olan Camal Haşoqqi binaya girən kimi zərbə alaraq yerə yıxılıb. Sonra onun qollarını burublar və baş konsul Məhəmməd İbrahim əl Uteybinin kabinetinə aparıblar.

Burada təxminən bir saat davam edən dindirmədən sonra jurnalist amansızlıqla, vəhşiliklə döyülüb. Səs yazısında Camal Haşoqqinin qışqırtı, iniltisi var.

Jurnalisti sakitləşdirmək üçün ona narkotik inyeksiya vurulub. Bundan sonra kabinetə Səudiyyə Ərəbistanından gəlmiş xüsusi "ləğvetmə dəstəsi"nin üzvləri, zabitlər daxil olublar. Onlar Haşoqqini öldürüblər, sonra cəsədi qonşu otağa apararaq orada masanın üzərində cərrah mişarları ilə doğrayaraq şaqqalayıblar.

Sonda Haşoqqinin cəsədinin tikələri kimyəvi turşuda əridilib, qalıqlar xüsusi paketlərə yığılaraq çantalara qoyulub. Çantaları götürən şəxslər qara rəngli avtofurqona oturaraq hava limanına yollanıblar, Səudiyyə Ərəbistanından onları gətirən təyyarəyə oturaraq geri qayıdıblar.

Türkiyə polisi İstanbul prokurorluğu və terrorizmlə mübarizə mütəxəssisləri ilə birlikdə dünən Səudiyyə Ərəbistanının konsulluğunda 9 saat davam etmiş axtarışlar aparıb.

"İtkin düşmüş Camal Haşqoqqi iki həftə əvvəl qətlə yetirilib və cəsədi şaqqalanıb", - rəsmi mənbələrin açıqlamasında deyilir.

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulu Məhəmməd İbrahim əl Uteybi isə dünən ölkəni tərk edərək vətəninə yollanıb. Daha doğrusu, o, diplomatik toxunulmazlığından istifadə edərək qaçıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanı jurnalstin ölümündə əli olmadığını tutarlı dəlillərlə sübut etməyənə qədər rəsmi Ər-Riyad Haşoqqinin ölümündə şübhəli bilinəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/695298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR