“Eurovision-2015” mahnı müsabiqəsinin səhnəsi artıq hazırdır

“Eurovision-2015” mahnı müsabiqəsinin səhnəsi artıq hazırdır
10:18 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi “Wiener Stadthalle” arenasında səhnənin təmir işləri başa çatıb.
AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatçılar yarışmanın keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayıblar.
Avstriyanın paytaxtı Vyanada yerləşən arenanın səhnəsinin qurulmasında ən son işıq və texnologiyalardan istifadə olunub.
Müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov mayın 21-də ikinci yarımfinalında 11 nömrəli çıxışçı kimi “Hour of the Wolf” mahnısını təqdim edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Eurovision_2015_mahni_musabiqesinin_sehnesi_artiq_hazirdir-849687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR