Bir çox insan bədənindəki yara və yanıq izlərini, qırıqları, qüsurları gizlətməyə çalışır. Çünki insanların baxışları onları narahat edir.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, keçən il təşkil olunmuş “Every body beatiuful” kampaniyasında ənənəvi yapon sənəti “Kintsugi” istifadə edilərək insanları yaraları və əngəlləri ilə barışdırmağa nail olub və möhtəşəm əsərlər ortaya çıxıb.
Bu layihə İngiltərədəki Zebedee Management agenti və fotoqraf Murad Özkasım tərəfindən həyata keçirilib. Zebedee bütün yaşda insanların gənc, yaşlı, fiziki qüsurlu ayırmadan çalışan tək agentlik olaraq tanınır. Bu layihədə də agentliyin tərkibindəki fiziki qüsurlu modellər çalışıb. Kintsugi sənəti ilə fiziki qüsurlu modellər qüsurları ilə daha da gözəl görünürlər.