Bu həkimləri 7 ilə yaxın HƏBS GÖZLƏYİR

Gərəksiz analizlər, gərəksiz dərmanlar, xərclənən böyük məbləğlər... Səhhətiylə bağlı tez-tez həkim dəyişənlərin ortaq problemi.

Hər birimiz fərqində ola-ola, yaxud da olmadan ən azından bir dəfə də olsa həkim məsuliyyətsizliyinin qurbanına çevrilmişik. Gərəksiz olduğu halda analiz vermişik, ehtiyac olmadığı halda isə dərman qəbul etmişik.

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirir ki, həkimlərin bəziləri bunu öz maraqları naminə edir:

“Bilməyərəkdən xəstənin səhv istiqamətləndirilməsi ehtiyatsızlıqla bağlıdır. Burada cinayət məsuliyyəti yaranmaya bilər. Lakin həkim xəstəni maraqları naminə, bilərəkdən səhv yönəldirsə, burada dələduzluq əlamətləri var. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsiylə cinayət məsuliyyəti yaradır. 178-ci maddəyə əsasən, həmin şəxsləri 3 ildən 7 ilədək həbs gözləyir.

Həkimin verdiyi diaqnoz xəstənin sağlamlığına ağır dərəcədə xəsarət yetirərsə, digər bir maddəylə cinayət məsuliyyəti yaranır. Eyni zamanda, ehtiyatsızlıqdan həmin xəstə dünyadan köçərsə, “Ehtiyatsıqdan digər şəxsin ölümünə səbəb olma” maddəsiylə də məsuliyyət yarana bilər. Bilərəkdən xəstə səhv yönləndirilərsə, burada dələduzluq əlaməti ortaya çıxır.

Həkimin bilərəkdən, yaxud bilməyərəkdən xəstəni səhv istiqamətləndirməsini yalnız istintaq müəyyənləşdirə bilər. Həkim boynuna alsa belə bu, onun üçün məsuliyyət yaradan yeganə sübut deyil. Bunun barəsində hüquq-mühafizə orqanları araşdırma aparmalıdırlar. Başqa bir həkimin digər həkim haqqında fikir bildirməsi də sübut ola bilməz. Bu səbəbə görə həkimi məsuliyyətə cəlb etmək düzgün deyil”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Lift qəzalarının qarşısını necə alaq? - Dünya təcrübəsi – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR