Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub

Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 milyon manatlıq məhsul istehsal edilib.

Metbuat.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 27,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı 13,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1 200 ədəd traktor, 458 ədəd minik avtomobili istehsal olunub.//Trend.az

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR