Türkiyə Yunanıstana xəbərdarlıq etdi

Yunanıstanın Ankaradakı səfiri Petros Mavrodis Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, diplomata Afinanın Egey dənizində həyata keçirdiyi təxribatçı əməllərlə bağlı Ankaranın mövqeyi çatdırılıb. Səfirə bildirilib ki, bu kimi əməllər yolverilməzdir və Türkiyə, maraqlarına zidd olan layihələrin həyata keçirilməsinə imkan verməyəcək.

Qeyd edək ki, Ankara ilə Afina arasında münasibətlərin daha da gərginləşməsinə səbəb, Yunanıstanın Egey dənizində ərazi sularını 6 mildən 12 milə qədər genişləndirməsi barədə qərar qəbul etməsidir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR