Xəstəlik mənbəyinə çevrilən AVTOBUSLARDA

Fəsil dəyişkənliyi və havaların soyuması ilə əlaqədar orqanizm qrip, soyuqdəymə kimi bir sıra xəstəliklərə yoluxur.

Bu xəstəliklər insanların gündəlik olaraq istifadə etdikləri ictimai nəqliyyatlarda daha çox yayılır. Vaxtında dezinfeksiya işləri aparılmadıqda, nəqliyyat virus mənbəyinə belə çevrilir.

“Avtobusların hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra xarici və daxili yuyulmadan, xüsusi kimyəvi məhlullarla dezinfeksiya edilmədən xəttə buraxılması qadağandır”.

Bu sözləri Metbuat.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dezinfeksiya qarajlardan başlanmalıdır:

“Sərnişindaşımada istifadə olunan avtobusların içərisində gündəlik olaraq təmizlik işlərinin aparılması və xəstəliklər yaradan virusların, müxtəlif mikroorqanizmlərin təmizlənməsi, sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsi Nazirlər Kabinetinin 141 saylı qərarının 11.3.3. -cü maddəsi ilə tənzimlənir və elə sözügedən qərarda da göstərildiyi kimi birbaşa daşıyıcıların üzərinə qoyulan öhdəlikdir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin balansında avtonəqliyyat vasitələri yoxdur. Qurum ümumi nəzarəti təşkil edir və mütəmadi olaraq şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə edilən avtobuslarla bağlı tələbləri daşıyıcılara xatırladır. NK-nin 141 saylı qərarında bildirilir ki, daşıyıcı avtonəqliyyat vasitəsini vaxtlı-vaxtında tələb edilən sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, qeyri-müntəzəm sərnişin daşımalarını bağlanmış müqavilə ilə müəyyən olunmuş müddətdə, müntəzəm daşımaları isə təsdiq edilmiş cədvələ müvafiq yerinə yetirilməsini təmin etməlidir.

Rayonlara və əks istiqamətə hərəkət edən avtobuslarda, həmçinin avtovağzallarda dezinfeksiya işlərinin aparılması zəruridir. Təəssüf ki, bu tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi üçün bəzi daşıyıcı şirkətlərin lazımi qarajları mövcud deyil. Bununla bağlı DANX artıq daşıyıcı şirkətlərə həm avtonəqliyyat vasitələrinin yenilənməsi, həm də istehsalat qarajlarının lazımi standartlara cavab verəcək tərzdə qurulması ilə bağlı tələbləri yazılı və şifahi formada ünvanlayıb. Bu istiqamətdə işlərə artıq start verilib”.

Xəyalə Məmmədova / METBUAT.AZ

10 mindən artıq tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR