Bakı, 25 aprel, AZƏRTAC
Mayın 1-də Binə qəsəbə Mədəniyyət Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli teatr və kino xadimi, xalq artisti Adil İsgəndərovun 105 illik yubileyi keçiriləcək.
İdarənin mətbuat xidmətindən AZƏRTACA bildirilib ki, tədbirdə onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələrini bölüşəcəklər.
Adil İsgəndərov uzun illər təkcə teatr deyil, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı.