"Napoli"nin pezidenti Aurelio De Laurentis mzakirələrə səbəb olacaq təklif irəli sürüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun çalışdırıcısı matçların vaxtının azaldılmasını təklif edir.
"Futbolu məhv edirik. Gələcəyə baxmaq lazımdır. İndi bütün uşaqlar gününü video oynlarla keçirir. 8-10 ildən sonra uşaqlar futbola əhəmiyyət verməyəcək. Bu oyun onlar üçün maraqsız olacaq. Futbolun məhvinə görə biz günahkarıq. Qoca axmaqlar. Matçlar o qədər uzun olur ki, adamı yuxu aparır. Hərəsi 30 dəqiqə olan iki hissə oynamaq daha sərfəlidir. Fasilə isə 2-3 dəqiqə olsa bəsdir. Uzunçuluq futbola marağı öldürür",- "Napoli" prezidenti təklifini belə əsaslandırıb.
De Laurentis bir müddət əvvəl də çılğınlığı ilə diqqətləri cəlb etmişdi. Mütəxəssis Neapol hökumətini San-Paolo stadionuna maliyə ayırmadığına görə kəskin tənqid etmiş, stadionu tualetə bənzətmişdi.
Milli.Az