Futbol həvəskarları Kevin Kiqanı yaxşı xatırlayır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən əsrin 70-ci illərində parlayan futbolçu Liverpool-un heyətində xetli mükafat əldə etmişdi. İki dəfə "Qızıl top"mükafatına layiq görülən Kiqan Hamburg-la Almaniya çempionu olmuşdu. Gözəl texnikasına görə, onu "dahi siçan" adlandırırdılar. Karyerasını bitirdikdən sonra Newcastle və Manchester klublarında məşqçilik edib. Bir müddət İngiltərə millisinin sükanı ona tapşırılıb. Lakin millidə uğur qazana bilməyib. Onun haqqında bir neçə kitab yazılıb. Kitabların hazırlanmasında Kevin özü də iştirak edib. Hazırda 67 yaşı olan keçmiş futbolçu bu yaxınlarda futbol həyatından bəhs edən avtobioqrafiyasını çap edib. Kevin necə populyar olmasını, 32 yaşında futboldan getməsini bu yazıda izah edib. Avtobioqrafiynın ən maraqlı hissəsi müəllifin məşqçilik karyerasını əhatə edir.

Gizli danışıqlar

90-cı illərdə Kiqanın oynadığı Newcastle klubu ilə Manchester arasında güclü rəqabət var idi. Komandalar İngiltərə çempionatında ən yaxşı komanda adı uğrunda yarışırdı. 1995-ci ildə gözlənilmədən Newcastle ulduz hücumçu Endi Koulu (55 matçda 77 qol) Manchester United-ə satdı. Kiqan hücumçunun transferini dəstəkləyərək bildirdi ki, Endisiz də oynaya bilər. Kevi bu transferin detallarını avtobioqrafiyada açıqlayıb. Sən demə, mançesterlilər Newcastle-dən xəlvət Endi Koulla danışıqlar aparırmış: "Bəzi insanlar nə baş verdiyini bilirdi. Mən də hiss edirdim ki, mançesterlilər Endini yoldan çıxarıb. O, məşqlərə gəlmək istəmirdi, passivləşmişdi. Hiss olunurdu ki, ayrılmağa hazırlaşır". İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə, komandanın xəbəri olmadan futbolçu ilə danışıqlar aparmaq qadağandır. Bu məsələ bilinsəydi, mançesterlilər problem yaşayacaqdı. Hücumçunun transferi Mançester klubunun Newcastle üzərindəki üstünlüyünü artırdı. Növbəti 3 mövsümdə Ferqyussonun komandası İngiltərə çempionu adını qazandı. Kevinin komandası isə ikinci yeri tutdu.

Sərxoşluğa son qoyun

Kiqan 2001-2005-ci illərdə Manchester City-nin baş məşqçisi oldu. Komanda yaxşı vəziyyətdə deyildi. İkinci diviziona düşmüşdü. Futbolçuların məşqdən sonra sərxoşluq etməsi adi hal almışdı. Bu vəziyyət yeni baş məşqçini daha çox narahat edirdi. Komandaya gəldiyi ilk gün bəyan etdi ki, sərxoşluq məsələsinə birdəfəlik son qoyulmalıdır. Kiqan yazır: "Dedim ki, əgər belə davam etsəniz, Premyer Liqaya qayıda bilməyəcəyik. Hər şey başqa cür olacaq. Yeni qaydalara əməl etmək istəməyənlər yeni iş yeri axtarsın". Futbolçuların əksəriyyəti yeni məşqçinin dediyinə əməl edəcəyinə söz verdi. Təkcə komndanın ən yaxşı futbolçusu Mark Kennedi içməyə davam edirdi. Kuiqan xatırlayır: "Mark əla futbolçu idi. Yaxşı texnikası ilə fərqlənirdi. Onu komandadan qovmaq istəmirdim. Ancaq başqalarına dərs olsun deyə, bu addımı atmalı idim. Həmin ərəfədə Vulev klubundan əla təklif gəldi. Mark iki milyon funt müqabilində bu kluba keçdi".

Problemli futbolçulardan biri kapitan Riçard Dann idi. İrlandiyalı boş vaxtlarında viski içir, məşqlərə az qala sürünə-sürünə gəlirdi. Kiqan kapitanın hərəkətlərindən hiddətlənirdi. Bir dəfə bütün komandanın yanında onun üstünə qışqıraraq müqaviləni pozacağını bildirdi. Məşqçinin əsəbləşməsi təsirini göstərdi: Dann iki ay Londonda xəstəxanalardan birində müalicə alaraq kluba qayıtdı. Sərxoşluqdan əl çəkən kapitan 4 il ardıcıl Manchester City-də azarkeşlərin versuyası üzrə ilin futbolçusu seçildi. Kiqan xatırlayır: "Danni karyerası ərzində 650 matçda oynadı. O, mənim üçün ən əziz futbolçulardan biri idi. Başa düşdüm ki, məşqçi tələsik qərar qəbul etməməlidir". Kennedinin qovulmasına, Danninin bir müddət kənarda qalmasına baxmayaraq, Manchester City əla mövsüm keçirdi. Çempionşipdə 106 qol vurmaqla rekord göstərən komanda Premyer Liqaya qayıtdı.

Modriç Newcastle-da oynaya bilərdi.

2008-ci ildə Kiqan ikinci dəfə Newcastle məşqçisi seçildi. Onun klubda ilk transferi Luka Modriç ola bilərdi. 22 yaşlı xorvat həmin vaxt Zaqreb Dinamo-sunda forma geyinirdi. İngiltərənin aparıcı klubları onu transfer etmək istəyirdi. Modriçə ilk təklif Kiqanın komandasından gəldi. Londonda Modriçin agenti ilə tanış olan məşqçi onu klubun vitse-prezidenti Toni Ximensin yanına apardı. Söhbət uzun çəkmədi. Ximenes bildirdi ki, Modriçin keçidi baş tutmayacaq: "Pis futbolçu geyil. Amma İngiltərə çempionatında oynamaq onun üçün asan olmayacaq. Bədəni zəifdir. Bir az təcrübəyə ehtiyacı var". Beləliklə, xorvat futbolçunun Manchester City-yə keçidi əldən verildi. Ximenesin İngiltərə çempionatına layiq görmədiyi Modriç bir müdət sonra Tottenham-la müqavilə bağladı. 2012-ci ildə isə 33 milyon avroya Real klubuna transfer olundu. Yeri gəlmişkən deyək ki, Kiqanın xatirələrini oxuyan Ximenes bəzi məsələlərdə baş məşqçinin yalan dediyini bildirib: "Kiqan 2007-ci ildə Kərim Benzemanın transferinə mane oldu. Hesab edirdi ki, riskli məsələdir. O, Bekhem, Ronaldinyo və Kakanı istəyirdi. Preston klubuna icarəyə verdiyimiz Endi Kerrolanı cəmi 300 min funt sterlinqə satmağı təklif edirdi. Sonralar Liverpool bu futbolçunun transferinə 35 milyon funt xərclədi". Ximenes Modriçin baş tutmayan keçidinə görə də məhz Kiqanı günahlandırıb. Onun dediyinə görə, məşqçi Luka Modriçlə Newcastle-ın bazasında təklikdə görüşüb və bundan sonra heç bir səbəb göstərmədən futbolçunun agenti ilə söhbətdən imtina edib. Amma deyəsən, bu məsələdə əsil həqiqəti məhz Kiqan söyləyib: Luka Modriç dəfələrlə bildirib ki, bəzi ingilis klubları zəif bədənə görə onu qəbul etməyiblər.

Afrikalı agentlərə edilən "hörmət"

2008-ci ilin yayında Ximenes Kiqana zəng edərək bildirdi ki, Iqnasio Qonsaleslə Xiskonu almaq istəyir. Hər iki futbolçunun keyfiyyətləri, hətta Newcastle kimi kluba da uygun gəlmirdi. Qonsales Uruqvayın Danubio klubunda 170 oyun keçirmişdi. Avropada isə onu hər il komandasını dəyişən futbolçu kimi tanıyırdılar. Xiskoya əlincə, bu futbolçu İspaniyanın ən zəif komandalarında sayılan Deportivo-da forma geyinirdi. Vitse-pezidentin məsləhətləşmədən iki zəif futbolçini kluba gətirmək istəməsi Kevini özündən çıxardı. Əsas problem başqa idi: komandanın üzvlərindən heç kim adları cəkilən bu iki futbolçunu tanımırdı. Onları hətta televizorda da görməmişdilər. Baş məşqçi yeni transferlər barədə məlumat almaq üçün internetdə axtarış aparmalı oldu. Hirsuni böğa bilməyən Kevin klubun icraçı direktoruma zəng edərək izahat istədi . Məlum oldu ki, Xonas Qutterreslə Fabrisio Koloççinin Newcastle gətirilməsinə iki afrikalı agent vasitəçilik edib. Rəhbərlik heç kimin tanımadığı Xiskonu və Qonsalesi transfer etməklə afrikalıların hörmətindən çıxmaq istəyir. "Bu futbolçuların komandada olub-olmamasının fərqi yoxdur. Fikir vermə. Biz istəyirik ki, agentlər klubla əlaqəni kəsməsin. Əgər Xiskodan xoşun gəlməsə, yanvarda sata bilərik", - icraçı direktor bildirmişdi. Kiqanın dediyinə görə, lazımsız futbolçuların transferinə Newcastle killi miqdarda vəsait xərcləməli olub. Xisko ilə 3 milyon avro məvacib alırdı Onun agentinə usə 250 min avro verilmişdi. Yeni transferlər az hallarda meydana buraxılırdı. Qonsales cəmi iki dəfə oyunun sonlarında mytdana çıxdı. Xisko isə 9 matçda bir qol vura bildi. Yeri gəlmişkən deyək ki, bu futbolçu hazırda Osasuna-da top qovur. Qonsales isə Uruqvayın Montevideo komandasında çıxış edir.

Kevin kluda cəmi 9ay işlədi. 2008-ci ildə buradan qovuldu. Ayrıldıqdan sonra klubub sahibi Maykl Eşli ilə mübahisəsi başladı. Keçmiş məşqçi Futbol Assosisiasiysına müraciət edətrək klubun sahibindən iki milyon avro təzminat tələb etdi. Klubun sahibi isə ona komandanın stadionuna gəlməyi qadağan etdi. Keşmiş məşqçi söz verdi ki, bir daha stadiona ğəlməyəcək. Kevin 2009-cu ildə çətin vəziyyətə düşdü. Amerikaya köçən dostu xahiş etdi ki, son dəfə görüşsünlər. Tərslikdən həmin görüş münasib olmayan yerdə - "Cent Ceyms Parke" stadionunun yaxınlığında olacaqdı. "Getmək istəmirdim. Ancaq dostumun son xahişini yerə sala bilmədim",- deyə Kevin xatirələrində bildirir. Xoşbəxtlikdən görüş gecə vaxtı təşkil edilmişdi. Amma bu, Kevini qane etmirdi. Tribunaların yanından nəzərə çarpmadan keçmək üçün paltosunun yaxasını qaldırmalı oldu. Həmçinin gözünə eynək taxdı, papagını başına basdı. Stadionun mühafizəçiləri onu tanıya bilərdi. Təsadüfən rastlaşdığı tanış qadın onu ucadan salamladı. Lakin mühafizəçilər buna əhəmiyyət vermədi. Həmin gecə Kevinin bəxti gətirdi. Bütün gecəni stadionun yaxılığındakı restoranda əyləndi. İlk dəfə idi ki, klubun sahibinə verdiyi sözün üstündə durmurdu. Keçmiş baş məşqçi bir daha "Cent Ceyms Park" stadionunu həndəvərinə ayaq basmadı.

Milli.Az