[ 13 Yanvar 2015 13:06 ]


Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda daha iki nəfər dəm qazından boğularaq ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 12-də Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan, Cəlilabad rayon sakini Cəlal Abdulov isə Binə qəsəbələrində kirayədə yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.