Latviya Respublikasının 100 illiyi münasibəti ilə noyabrın 18-də Riqa şəhərində keçiriləcək atəşfəşanlıq 234,999 avroya başa gələcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Dövlət Satınalmaları Monitorinq Bürosunun internet saytında yerləşdirilib.

Riqa şəhər Dumasının təhsil, mədəniyyət və idman departamenti "Saules Muzs" (Günəşli Həyat) musiqili atəşfəşanlığının bədii və texniki hissəsinin təşkili üçün tender elan edib.

Şounun təşkilatçısı hüququnu qazanan tenderin yeganə iştirakçısı "Staro-100" şirkəti tamaşaçılara atəşfəşanlıqla yanaşı, zəngin musiqili və əyləncəli proqramlar da təqdim edəcək.

Milli.Az