Kopenhagen, 26 aprel, Rauf Əliyev AZƏRTAC
Danimarkada fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatları uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı birgə toplantı keçirib.
Toplantıda, erməni diasporasının Kopenhagendə təxribat xarakterli fəaliyyətinə qarşı Azərbaycan və türk diaspora təşkilatları tərəfindən müvafiq cavabların veriləcəyi bildirilib.
Tədbiri qiriş sözü ilə açan Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi ermənilərin 1915-ci il hadisələrini soyqırımı kimi təqdim etməsini pisləyib, onların zaman-zaman dinc türklərə, eləcə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlərdən danışıb.
Sonda Kopenhagendə fəaliyyət göstərən Azərbaycan və türk diasporası adından Danimarka parlamentinin üzvlərin, dövlət nazirlərinə və ölkədə mövcud olan beynəlxalq təşkilatlara etiraz məktubu göndərilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen