Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür.

Bunu jurnalistlərə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.

Nazir bildirib ki, Fələstin beynəlxalq qanunlara əməl olunmasının tərəfdarıdır:

“Biz hesab edirik ki, beynəlxalq ictimaiyyətdən tam dəstək almağın ən yaxşı yolu beynəlxalq qanunlara əməl olunmasıdır və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsidir”. (trend)