Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqalə noyabrın 7-də ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində dərc edilib.
Konsulluqdan Publika.az-a verilən məlumata
görə, məqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində
yerləşən sinaqoqda törədilmiş qətliama toxunaraq, bu kimi
cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün
dayandığını, belə mənfi meyllərin bütün insanlıq üçün təhlükəli
olduğunu qeyd edir. N.Ağayev bu faciədən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald
Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak
olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini
bildirir.
Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin
mövcud olduğunu qeyd edən baş konsul qədim dövrlərdən etibarən
ölkəmizdə müsəlmanlar, xristiyanlar və yəhudilər də daxil olmaqla,
müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və
qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayır.
Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristiyanların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərini diqqətə çatdırır. Baş konsul həmçinin ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlıların çiyin-çiyinə döyüşərək həlak oduqlarını qeyd edir.
Məqalənin tam mətni ilə buradan tanış olmaq olar: