Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO

Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO
20:37 12 Noyabr 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri vurub. Hadisə zamanı piyadalardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/703086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR