Rusiyanın Kemerovo şəhərində uşaq bağçasından 300-dən çox şəxs təxliyə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna elektrik avadanlığında baş vermiş qısaqapanma səbəb olub.

Qeyd olunub ki, qısaqapanma mətbəxdə qeydə alınıb. Hadisədən sonra yanğın baş verməsə də, 306 nəfər, o cümlədən 270 uşaq təhlükəsizlik məqsədilə binadan çıxarılıb.

Xəsarət alanların olmadığı deyilir.

Milli.Az