Xalq artisti Yasin Qarayev teatrda yeni yaradılan sistemdən narazıdır.

Aktyor etirazını Milli.Az-a bu sözlərlə bildirib:

"Sənətə və sənətkara həmişə diqqət, qayğı olmalıdır. SSRİ xalq artisti, böyük teatrın direktoru Mark Zaxarov Peterburqda xəstə yatan aktyor Leonid Bronevoyun maaşını vaxtı-vaxtında Sankt Peterburq xəstəxanasına göndərib. O, heç bir aktyoru diqqətindən kənar qoymayıb. Bizimkilər isə teatrın girəcəyində dəftər-qələm qoyub, "yarımştat" işləyən ağsaqqal-ağbirçək aktyorlara hər gün qol çəkdirirlər ki, ay aman birdən bu qocalar gedib, qaragünlükləri üçün haradansa beş manat pul qazanarlar", - deyə aktyor bildirib.

Əli Novruzəliyev
Milli.Az