Bakı, 27 aprel, AZƏRTAC
Venesuelada silahlılar ailə şənliyinə hücum edərək 9 nəfəri qətlə yetiriblər.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, silahlı şəxslər paytaxt Karakasın yaxınlığındakı Okumare-del-Tuy rayonunda keçirilən ailə şənliyinin iştirakçılarına hücum ediblər. Onlar şənliyin keçirildiyi evə basqın edərək atəş açıb, daha sonra isə hadisə yerindən qaçıblar.
Venesuela prokurorluğu nümayəndələrinin məlumatına görə, hadisə zamanı 9 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.
Xatırladaq ki, Venesuelada əsas problemlərdən biri gərgin kriminogen vəziyyətdir. Ölkədə hər gün baş verən qətl hadisələrinin, demək olar ki, əksəriyyətinin üstü aşılmamış qalır.