Əməkdar artist Tünzalə Ağayeva son günlər geyimləri ilə gündəmə gəlir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tez-tez sinə dekolteli və qısa ətəkli paltarlarla şəkillər paylaşan müğənni hər dəfə tənqidi şərhlərlə qarşılaşıb.

Ağayeva ünvanına yazılan rəylərə İnstaqram səhifəsində cavab verib. O, məşhur modelyer Koko Şanelin sözlərini paylaşıb:

"Pis geyinsəniz, sizin geyiminiz hamının yadında qalacaq. Qüsursuz geyinsəniz, sizi yadda saxlayacaqlar".

Milli.Az