Suriyada ABŞ və Rusiya hərbçiləri arasında döyüşlər baş verib. ABŞ Rusiyanı İrana Suriyadan öz ordularını çıxartması üçün təsir etməyə çağırıb. Bu sözləri ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlilin olmadığını bildirib. Vaşinqtona görə, Rusiyanın S-300-ləri Suriyaya verməsi İl-20 insidentinə səbəb olan səhvlərin təkrarlanması ehtimalını artırır.

“Tramp Administrasiyası seçkidən sonra Ermənistandan əraziləri qaytarmağı tələb edəcək”. Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan deyib.

Onun sözlərinə görə, Vaşinqton Qarabağ məsələsində İrəvana təzyiq etməyə hazırlaşır.

“Con Bolton İrəvanda münaqişənin həlli üçün Ermənistanın mümkün güzəştlər etməsi haqqında danışdı, lakin eyni mövqeni Azərbaycanda sərgiləmədi. Əgər biz Boltonun bu açıqlamasına ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasını başa vuran zaman dediyi “münaqişənin istənilən həll variantı ərazilərin qaytarılması ilə nəticələnəcək” sözləri kontekstində baxsaq, belə görünür ki, Vaşinqton münaqişə tərəflərinə bərabər münasibət göstərmir. Bu, onu deməyə əsas verir ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilərindən bir ay sonra (bu, 2019-cu ilin 9 yanvarından sonrakı dövr deməkdir) ABŞ İrəvandan iki şeyi tələb edəcək: birincisi, İranın təcrid edilməsi siyasətinə aktiv şəkildə qoşulmaq, ikincisi, Ermənistanın əraziləri Azərbaycana qaytarması. ABŞ bunun üçün İrəvana təzyiq göstərəcək”, - deyə o bildirib.

Nikol Paşinyan hakimiyyətə gələndən sonra kəskinləşən Moskva-Ermənistan münasibətləri fonunda Ermənistanda Rusiyaya qarşı aparılan kampaniya getdikcə genişlənir. Ermənistanın "Sasna tsrer" silahlı qruplaşmasınının lideri Jirayr Sefilyan son bəyanatlarından biri də buna nümunədir. Noyabrın 21-də erməni telekanallardan birinin efirində çıxış edən “Sasna tsrer” siyasi partiyasının lideri Sefilyanın sözlərinə görə, onların əsas kursu Rusiya ilə müqavilələrin ləğvidir.

ABŞ-ın İrəvandan QARABAĞ TƏLƏBİ, heç kimin ağlına gəlməyən EHTİMAL… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu, İrəvanın intiharı olacaq: Paşinyanın müttəfiqindən ŞOK BƏYANAT