Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmalçılığa qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Metbuat.az-a verilən xəbərə görə, 2018-ci ilin 20 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə “Bəxtiyar” gəmisində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəllüdlü Bullarov Qurhanmuhannedə məxsus “Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beglienə məxsus “Toyota” markalı BG-5081-AG dövlət nömrə nişanlı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qaçaqmal şəklində dövlət sərhədindən keçirmək cəhdlərinin qarşısı alınıb.

DSX-dan əməliyyat: 2 Türkmənistan vətəndaşı tutuldu -

Belə ki, avtomobillərin salonlarında 1524 qutu “Pall Mall”, 490 qutu “Fine”, 800 qutu “Wont”, 10 qutu “Parlament” siqaretləri, 400 ədəd “Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik “Georgian ԝine”, 10 ədəd 0,5 litrlik “Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub.