1 daşla 9 quş - Elçin Əlibəyli cavablandırır

Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

İlk müsahib tanınmış teleaparıcı Elçin Əlibəylidir.


- Niyə varsan?

- Yox olmaq üçün!


- Niyə yox olacan?

- Biri var olsun deyə.


- Niyə yazırsan?

- Yaşamaq üçün.

- Yaşamaq nədir?

- Ölümə doğru getmək.



-Ölüm nədir?

- Torpaq.


- Ədalət nədir?

- Bilmədiyim nəsnə.


- Azadlıq nədir?

- Arzularım.


- Yaradıcılıq nədir?

- Doğuluş.


- İnsan kimdir?

- Hələ rastıma çıxmayıb.

Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı