Camal Qaşıqçı cinayətini törədən qrupdakı şübhəlilərdən biri hadisədən bir gün əvvəl Yalovada yaşayan Səudiyyə Ərəbistanının vətəndaşı ilə əlaqə qurub.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilir.

Bu əlaqənin Qaşıqçının cəsədinin yox edilməsi və ya saxlanılmasına yönəlik olduğu bildirilir.

Xatırladaq ki, bu gün Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətinin Termal mahalında ərəb iş adamına aid olduğu iddia edilən bir villada axtarışlar başladılıb. Axtarışları İstanbuldan gələn xüsusi qrup aparır.

Ərəb iş adamının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın dostu olduğu bildirilir.

Qeyxd edək ki, Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Jurnalistin cəsədinin harada olduğu barədə heç bir məlumat yoxdur.

Ömər