"Bu günə qədər 215 min tondan çox pambıq tədarük edilib. Keçən illə müqayisədə məhsuldarlıq daha çoxdur"
Metbuat.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir hesab edir ki, gələn il məhsuldarlıq daha da artacaq.
"Bu il orta məhsuldarlıq 16 sentnerdən çoxdur. Hesab edirik ki, gələn il daha yüksək məhsuldarlıq əldə edəcəyik. Optimal torpaq sahələrinin seçilməsi ilə bu il 132 min hektar torpaq sahəsi əkilibsə, gələn il 100 min hektar pambıq sahəsinin əkilməsini planlaşdırırıq. Daha yüksəl məhsuldarlıq əldə etmək niyyətindəyik".
İ.Kərimov qeyd edib ki, qabaqcıl təcrübə əldə etmiş ölkələrin mütəxəssisləri ilə yeni model təsərrüfatların yaradılması planlaşdırılıb.
İxtisaslaşma üzərində ekspertlərin işlədiyini deyən nazir vurğulayıb ki, hər bir regionun iqliminə, torpağın şəraitinə uyğun məhsuldarlığın planlaşdırılması nəzərdə tutulur.
Sərdar Məmmədov
Müzəffər İsmayılov
Masallı/Metbuat.az