Halsızlığı aradan qaldıran

Halsızlıq ruhi və fiziki yorğunluq ilə xarakterizə edilən enerjinin aşağı düşməsidir.

Metbuat.az bildirir ki, yuxu pozulması, uzun müddətli stres və qrip kimi xəstəliklər daxil olmaqla halsızlığın bir çox fərqli səbəbi ola bilər. Gün ərzində yediyimiz qidalar həzm olunduqdan sonra gündəlik fəaliyyətlərin yerinə yetirilə bilməsi üçün lazım olan enerjiyə çevrilir.

Kifayət qədər qidalanmadıqda bu enerji tam şəkildə yarana bilmir və halsızlığın yaranmasına səbəb olur. Düzgün qidalanaraq enerjinizi artıra və halsızlıqdan xilas ola bilərsiniz.

Protein əzələlər üçün lazım olan enerjinin ana qaynağıdır. Yüksək protein tərkibli qidalar norepinefrin və dopamin istehsalını artıraraq gümrah hiss etdirir. Amma mal əti və yumurta kimi protein qaynaqlarından tez-tez istifadə etdikdə pis xolestrol səviyyəsini yüksəldə bilər.

Bunun yerinə protein qaynağı olaraq dərisiz toyuq əti, lobya kimi qidalardan istifadə edə bilərsiniz. Protein qaynağı olan qatıq həzmi asanlaşdırmaqla yanaşı, “yaxşı” bakteriyalar olan probiotik baxımından da zəngindir. İmmunitet sistemini gücləndirərək xroniki yorğunluğu aradan qaldırır.

Bundan başqa su enerji və xroniki yorğunluqla mübarizədə ən böyük köməkçidir. Yorğunluq bədənin susuz qaldığının göstəricisidir.

Yorğunluqun səbəblərindən biri də dəmir əksikliyidir. Dəmir baxımından zəngin ət, balıq və yaşıl yarpaqlı tərəvəzlər yeyərək bunun qarşısını ala bilərsiniz.

http://matbuat.az/news/1069480/genc-qadinin-4-ildi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR