Yağan yağışlar nəticəsində çala-çuxurlu yolların yağış suyu ilə dolması həmin ərazilərdə xırda gölməçələrin yaranmasına səbəb olur. Həmin yollardan istifadə edən sürücülər bəzi hallarda bilərəkdən, ya da bilməyərəkdən kənardan keçən piyadaların üzərinə su sıçradırlar.
Metbuat.az-ın ARB TV-yə istinadən "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Bütün yollar təmirli deyil və elə yollar var ki, kələ-kötür, dağınıq haldadır və təbii ki, yağıntılı havalarda bu yollar keçilməz vəziyyətdə olur. İstər-istəməz, belə yollarda piyadaların üstü çirkab su ilə bulanır.
Sakin: "Az qala divara yapışası oluram ki, bir üstüm batmasın".
Sürücülərsə, günahı piyadalarda görür.
Sürücü: "Yol kənarı ilə getmirlər, ona görə də üstləri batır"
Bu qayda pozuntusu ilə bağlı cərimə də var. Lakin DYP sözçüsünün dediyinə görə, qanunda istisnalar var. İnzibati xəta tənbehi o zaman tərtib edilir ki, baş vermiş hadisə qəsdən olmuş olsun.
Ekspert Azər Allahverənovun sözlərinə görə, piyadaların üzərinin batması çox zaman yolların bərbad olması səbəbindən baş verir ki, bu da sürücünün günahı deyil. Bununla yanaşı, bu qayda pozuntusunu sübut etmək çox çətindir.
Əslində, bu, vicdan məsələsi olmalıdır. Kiminsə avtomobil idarə etməsi həmin şəxsə ixtiyar vermir ki, yoldan keçənin üstünə su, palçıq sıçratsın. Vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edə bilər. Lakin piyada da bu məsələləri nəzərə almalıdır.
Söyüş, yoxsa cərimə? – Sürücü və piyadalara xəbərdarlıq –
Həmçinin oxu
Bu ərazidə su kəsiləcək
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Beşiktaş”ın kapitanı dərbidə forma geyinməyəcək
Bu gün
·
01:05
Telefon asılılığının əlamətləri açıqlandı
Bu gün
·
00:45
Netanyahu: “Birlikdə işi sona çatdıracağıq”
Bu gün
·
00:30
İnsanlara ikinci şans verməyən 4 bürc
Bu gün
·
00:12
Avropa Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın müdafiəsinə yönəltmək istəyir
Bu gün
·
00:03
Məşhur müğənnini 10 il həbs gözləyir
Dünən
·
23:40
Bu ərazidə su kəsiləcək
Dünən
·
23:10
Zelenski yenidən namizəd olacaq? - Özü açıqladı
Dünən
·
23:05
Bu şəxslərin əməkhaqqları artacaq
Dünən
·
22:40
İstanbulda konsertdə faciə, ölənlər var
Dünən
·
22:13
Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı
Dünən
·
21:33
Donald Tramp: Fransa yanır
Dünən
·
21:01
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi
Dünən
·
20:34
Müdafiə Nazirliyi məlumat yaydı
Dünən
·
20:18
Rubio Mərkəzi və Cənubi Asiya ölkələrinə səfərə başladı
Dünən
·
19:42