Gürcüstanda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Türkiyə “S-400” zenit-raket komplekslərinin çatdırılması üçün hesablamaları milli valyutalarla həyata keçirəcək. Moskva ABŞ-ın Suriyadakı hərbi varlığını bu ölkə üçün təhdid adlandırdı. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə Türkiyə ilə bağlı təqdim etdiyi gizli hesabatın detalları məlum olub. Kiyev Kerç boğazında baş verən hadisədən sonra Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamaq xahişiylə dünya ictimaiyyətinə müraciət etmək niyyətindədir.

Gürcüstanda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin hamısının sayılmasından sonra müstəqil namizəd Salome Zurabişvilinin 59,52, onun rəqibi, müxalifətçi Qriqol Vaşadzenin isə 40,48 faiz səs topladığı məlum olub.

Zurabişvili 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib.

28 noyabr Gürcüstan tarixində ilklərə daha biri əlavə olundu. Salome Zurabişvili səslərin 59,56 faizini toplayaraq ölkə tarixində ilk qadın prezident adını qazandı. Zurabişvilinin həyatı və siyasi karyerası ilə bağlı yazını təqdim edir.

Türkiyəyə qarşı ŞOK ADDIM, dağıdıcı OYUN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

“Ən yaxşı diplomat” düşmənə necə çevrildi? - Rusiyanı məğlub edən qadının SİYASİ OLİMP YOLU