Müğənni Nazənin yenidən "Lider TV"də aparıcılığa başlayır.

Milli.Az teleqraf-a istinadla bildirir ki, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, yeni mövsümdə "Dostlar" verilişini tək yox, prodüseri Pərviz Fəqanla aparacaq. Yeni mövsümün ilk verilişi bu gün efirə gedəcək. İlk qonaqlar xalq artisti Niyaməddin Musayev, nəğməkar şairə Zemfira Əlişqızı, həkim Zeynəb olacaq.

Qeyd edək ki, Nazənin "Dostlar" verilişində bir neçə il idi ki, aparıcılıq edirdi. O, yaradıcılıq işləri ilə bağlı aparıcılıq fəaliyyətinə fasilə vermişdi.

Milli.Az