Avropa Liqasının qrup mərhələsində 5-ci turun ən yaxşı futbolçusu adına namizəd olan futbolçuların siyahısı açıqlanıb.

Publika.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər sırasında "Qarabağ"la cavab matçında (1:6) dubla imza atan "Sportinq"in oyunçusu Bruno Fernandes, Olivye Jiru ("Çelsi"), Cermeyn Lens ("Beşiktaş") və Hakan Çalhanoğlu ("Milan") var.

Turun ən yaxşı oyunçusunu isə UEFA-nın saytında təşkil edilən onlayn səsvermə müəyyənləşdirəcək.