Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyin azalmasından danışıb. Bu gün "Böyük İyirmilik" (G20) liderlər zirvəsi öz işinə başlayıb. ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Argentinada keçirilən G20 sammitində razılaşdırılmış görüşdən imtina edib. Polşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb. Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir.

Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz. Bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.

“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.

Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.

Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır. Paşinyanın lideri olan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etdi. Rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Paşinyanın Saakyana müharibə elan etməsinin səbəbi separatçılardan öz hakimiyyətinə dəstək ala bilməməsidir.

Müstəqil ekspert Dmitri Verxoturov isə fərqli düşünür. Onun fikrincə, Paşinyan “Qarabağ klanı”na müharibə elan etməyəcəyi təqdirdə siyasətdə sağ qalmayacağını anlayır.

Azərbaycanla QARABAĞ MÜQAVİLƏSİ, sağ qalmaq ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Paşinyanın Qarabağ addımlarının sirri ortaya çıxdı: o istəyir ki... - Ruslar HƏR ŞEYİ AÇDI