Karyeralarına təhlükə olan xəstəliklərdən əziyyət çəkən idmançılar olub.

Milli.Az ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçulardan bəhs edir.

1. Karlos Rona - 1998-ci il dünya çempionatının qəhrəman qapıçısı. O, xərçəng xəstəliyinə qalib gəlib futbola geri dönərək qəhrəman olmağı bacardı.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

2. Yeray Alvares - Ötən mövsüm xərçəng diaqnozu qoyulan futbolçu bu mövsümün əvvəlində "Barselona" ilə oyunda yaşıl meydanlara geri qayıtdı. Müalicə vaxtı saçlarını kəsən futbolçuya dəstək olmaq üçün bütün komanda yoldaşları da saçlarını kəsmişdilər.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

3. Erik Abidal - 2011-ci ilin mart ayında qaraciyər xərçəngi aşkarlanan Abidal yeni qara ciyərə qovuşduqdan sonra karyerasını davam etdirdi. "Barselona"nın kapitanı Puyolun Çempionlar Liqası kubokunu onunla birlikdə qaldırması hələ də unudulmayıb.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

4. Tiaqo Silva - 20 yaşı olanda vərəm diaqnozu qoyulan və durumunun kritik olduğunu öyrənən Tiaqo Silva həkimlərin qadağasına baxmayaraq sevimli oyunundan ayrılmadı və dünya futbolunun ən yaxşı müdafiəçilərindən oldu.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

5. Conas Qutierres - Son illərin ən məşhur hekayələrindən birinin qəhrəmanı olan Conas "Nyukasl"da oynadığı vaxt xərçəng aşkarlandığına görə bir müddətlik futboldan ayrıldı. Sağalıb geri döndüyü zaman isə "Nyukasl" ona qucaq açmadı və başa çatmış müqaviləsini uzatmadı.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

6. Antonio Kassano - "Milan"da oynayarkən iflic diaqnozu qoyulan hücumçu beyin əməliyyatı keçirdi. 2011-ci ildə isə ürəyindən olan Kassano 2012-ci il Avropa çempionatında İtaliya millisinin heyətində forma geydi.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

7. İvan Klasniç - 2007-ci ildə "Verder" forması geyərkən böyrək çatışmazlığından əməliyyata girdi. Anasının böyrəyini alan Klasniçin bədəni bu böyrəyi qəbul etmədiyindən onun futbola dönüb-dönməyəcəyi sual altında idi. Lakin mart ayında ona atasının böyrəyi verildi və futbolçu noyabr ayında yaşıl meydanlara qayıtdı.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

8. Luboslav Penev - 1994-cü ildə xərçəng diaqnozu qoyulan Penevin xəstəliklə mübarizəsi 4 il davam etdi. Penev sağlamlığına qovuşduqdan sonra 1998-ci ildə Fransada keçirilən dünya çempionatında Bolqarıstan millisinin şərəfini qorudu.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

9. Xose Fransisko Molina - "Atletiko"nun əfsanəvi qapıçılarından olan Molina xərçəngin onu dayandırmasına izn vermədi və keçirdiyi əməliyyatdan sadəcə bir neçə ay sonra ilk matçına çıxdı.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

10. Serxio Araqoneses - O, 2005 və 2007-ci illərdə 2 dəfə xərçəngə qalib gəlib heç nəyin onu dayandıra bilməyəcəyini sübut etdi və 2014-cü ilədək futbolçu karyerasını davam etdirdi.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

11. Mario Götze - 2017-ci ilin fevral ayında əzələ xəstəliyi olan alman yarımmüdafiəçi mübarizədən qalib çıxdı və hazırda "Borussiya"nın şərəfini qoruyur.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

12. Bafetimbi Qomis - Ürəyində problem olan fransız hücumçu bir neçə dəfə oyun zamanı özündən gedib. Qomis ötən mövsüm "Qalatasaray"ın Kasımpaşa" ilə oynadığı matçda özündən getdi. Lakin həkimlərin müdaxiləsindən sonra təcrübəli forvard oyuna davam etdmişdi.

Ağır xəstəliyə qalib gəlib karyerasını davam etdirən futbolçular - FOTO

Elçin Əlixan
Milli.Az