Britaniyanın The Guardian qəzetinin əməkdaşı "Böyük İyirmilik" (G20) ölkələrinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş sammitində Fransa prezidenti Emmanuel Makronla Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman arasındakı tet-a-tet danışığın şahidi olub.

Milli.Az bildirir ki, Makron oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda məşhur jurnalist Camal Haşoqqinin qətlə yetirilməsi ilə bağlı narahatlığını dilə gətirib. Daha sonra o, Səudiyyə Ərəbistanının Yəməndəki hərbi əməliyyatlarından danışıb.

Qısa mükalimə belə olub:

Makron: Sizə demişdim axı, belə etməyin!

Şahzadə Məhəmməd: Narahat olmayın!

Makron: Artıq narahatam. Təşvişdəyəm. Axı demişdim. Siz heç vaxt məni dinləmirsiniz....

Şahzadə Məhəmməd: Yox, həmişə dinləyirəm. Hər şey normaldır. Vəziyyətin öhdəsindən gələ bilərəm.

Makron: Bilirsiniz ki, sözlərimə əməl etmək lazımdır. Vədlərimə də həmişə əməl edirəm.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şok kadrlar: Fransa prezidenti ərəb şahzadəyə "Demişdim axı!" söylədi - VİDEO - FOTO Şok kadrlar: Fransa prezidenti ərəb şahzadəyə