Həyat təsadüflərlə doludur və bunlardan bəziləri həqiqətdən kənar dərəcədə inanılmazdır.
Metbuat.az tarixdə baş vermiş ən qəribə təsadüfləri təqdim edir.
Hitler və Napelion 129 il ara ilə dünyaya gəlmiş, 129 il ara ilə iqtidar gəlmiş, 129 il ara ilə Rusiyaya müharibə elan etmiş və eyni şəkildə 129 il ara ilə məğlubiyyətə uğrayıblar.

Henry Ziegland adlı adam sevgilisindən ayrıldıqda sevgilisi intihar edib. Bundan sonra qızın qardaşı da Henryni vurmağa qərar verib. Amma özünü vurub və Henry xoşbəxtlikdən həyatda qalhəyatda qalıb. Güllə yaxınlıqda yerləşən bir ağaca tuş gəlib. İllər sonra Henry ağaca kəsməyə çalışıb, amma bacarmadıqda dinamitdən istifadə etməyə qərar verib və ağacdakı həmin güllə Henrinin ölümünə səbəb olub.

2002-ci ildə Finlandiyada velosipedi ilə avtomobil yolunu keçməyə çalışan adam kamaz qəzası nəticəsində həyatını itirib. İki saat sonra isə yenə velosipedlə eyni yolu keçən əkiz qardaşı eyni şəkildə kamazın altında qalıb. İki qardaş 1.5 kilometr uzaqlıqda və 2 saat ara ilə eyni şəkildə həyatlrını itirib.

İtaliya kralı Umberto kiçik bir restora gedib. Təsadüfən özünün və restoran sahibinin eyni gün, eyni qəsəbədə doğulduğunu və ikisinin də həyat yoldaşının adının Marqaretta olduğunu öyrənib. Krala 1900-ci il 29 iyul tarixində restoran sahibinin küçədə vurulduğu deyilib. Ertəsi gün isə Kral Umberto sui-qəsdə məruz qalıb.

Ohioda doğulan əkiz qardaşlar doğumdan sonra ayrı düşüblər. Bir-birini tanımayan iki qardaşın ikisinə də Ceyms adı verilib. İkisi də polis məmuru olmuş və Linda adlı qadınla evlənib. İki qardaşın bir oğlu olmuş və uşaqların birinin adı Ceyms Alan, digərinin adı isə Ceyms Allan olub. Daha sonra hər ikisi də boşanaraq Betty adlı qadınlar ilə evləniblər. Eyni zamanda iki qardaşın da Toy adlı itləri olub.
