"Qarabağ"ın UEFA Avropa Liqasının IV turunda İngiltərənin "Arsenal" komandası ilə səfər oyununda Ağdam təmsilçisinin azarkeşləri üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, ümumilikdə 500 olan biletlər iki kateqoriya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan alınıb.
Qeyd edək ki, matç dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli.Az