Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü ifa edir. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov iştirak edirlər.


