Maşa və körpə

Maşa və körpə
18:27 13 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Maşa ləqəbli pişik binanın girişinə atılmış körpəni soyuq havadan qorumaq üçün ağuşuna alıb.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, indi Maşa Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərinin fəxrinə çevrilib.
 
Maşa naməlum şəxslərin atdığı oğlan uşağını bir neçə saat isidib. Hadisə yerinə gəlmiş həkimlər körpədə heç bir xəsarət və xəstəlik aşkar etməyiblər.
Maraqlıdır ki, körpəni apararkən Maşa da onu yola salmağa çıxıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR