Türkiyə Kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Milli.Az xəbər verir ki. "Fənərbağça" doğma meydanda 1-ci Liqa təmsilçisi "Girəsunspor"u qəbul edib. Matç "sarı-lacivərtlilər"in minimal hesablı qələbəsiylə başa çatıb.
Bu komandalar arasında cavab oyunu 20 dekabr tarixində keçiriləcək.
"Girəsunspor"da çıxış edən 21 yaşlılardan ibarət milli komandamızın üzvü Ozan Can Kökcü bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Fənərbağça" - "Girəsunspor" 1:0
Qol: İslam Slimani, 80
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: