BirBank tətbiqi“Ən innovativ mobil bank” seçilib

Böyük Britaniyanın International Finance jurnalı 2018-ci ilin ən yaxşılarını müəyyən edib. Mobil bank xidmətləri kateqoriyasında Kapital Bank-ın BirBank tətbiqi “Ən innovativ mobil bank” adına layiq görülüb. International Finance jurnalı 2013-cü ildən etibarən hər il bank, sığorta, texnologiya sahələri daxil olmaqla müxtəlif kateqoriyalarda yaxşıları müəyyən edir.

BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçiAppStore vəPlayStore-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.

Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

ПриложениеBirBankудостоилось премии за «Самый инновационный мобильный банк»

Британское издание International Finance определило самых лучших за 2018 год. Мобильное приложение BirBank от Kapital Bankудостоилось звания «Самого инновационного мобильного банка»в категории услуг мобильного банкинга. Начиная с 2013 года International Finance ежегодно награждает лучших в различных категориях, включая банкинг, страхование, технологии и др.

ПриложениеBirBank загрузили более 300 000 пользователей посредством магазинов приложений AppStore и PlayStore. В настоящее время операционные системы iOS иAndroid рекомендуют BirBank, как лучшее приложение финансового рынка страны на основании количества загрузок, степени использования и отзывов пользователей.

Также при помощи приложения впервые в Азербайджане стало возможным осуществление оплат посредством системыQR Pay. QR Pay позволяет пользователям BirBank совершать оплату в магазинах без наличия карты. Для этого необходимо отсканировать камерой смартфона QR-код на специальных постерах, установленных в кассах точек продаж.

Благодаря новому приложению можно воспользоваться услугой, пройдя регистрацию посредством любой платежной карты. Приложение обладает рядом преимуществ: легкая регистрация, добавление картыдругих банков, управление операциями и привязанными к карте бонусами и т.д.

Кроме того, при помощи приложенияимеется возможностьотправкии получения денегот других пользователейBirBank. Воспользовавшись приложением, можно найти близлежащие филиалы и банкоматы Kapital Bank, подать заявку на кредити звонок, а также ознакомиться с курсом валюты.

Kapital Bank оказывает услуги населению в 98 филиалах и 11 отделениях по всей стране, имея самую широкую сеть обслуживания. Более подробную информацию о продуктах и услугах банка можно получить на сайте www.kapitalbank.az, страницах банка в социальных сетях, а также, позвонив в центр обслуживания клиентов по номеру 196.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR