Azərbaycan Respublikasının Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü , Beynəlxalq Münasbibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və Enerji təhlükəsizliyi” adlı kitabı işıq üzü görüb.
Metbuat.az-ın məlumatına görə, kitabın elmi redaktoru və ön sözün müəllifi, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köçəkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Kitabın təqdimatı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin anımı ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademniyasının rektoru, akademik Urxan Ələkbərov Rufiq Qonaqovu “Xəzər hövzəsi və Enerji təhlükəsizliyi” adlı kitabı münasibəti təbrik edirək tədbir iştirakçılarını salamladı. Başlıca prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün Cənab İlham Əliyevin praqmatik siyasi iradəsi ilə balanslaşdırılan Azərbaycan enerji siyasətinin uğurlarını qeyd edərək “Xəzər hövzəsi və Enerji təhlükəsizliyi” adlı kitabın Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışdı. Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov sözügedən elmi-tədqiqat əsəri haqqında Rufiz Qonaqovun elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəməiyyətini vurğulayaraq iştirakçılara söz verdi.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin enerji resurslarının kəmiyyəti qədər vacib əhəmiyyəti daşıdığını bildirdi. O, həmçinin qeyd etdi ki, müəllif kitabda dünya enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siayəstinin təhlil edib, problemin nəzəri və təcrüi aspektlərinə xüsusi yer ayırıb. Kitabın daha bir rəyçisi olan fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə müasir insan amilinin inkişafında enerji və enerji təhlükəsizliyinin vacibliyindən bəhs etdi.
Fəlsəfə elmləri doktoru Rövşən Məmmədov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Pərvin Kərimzadə, millət vəkili, Milli Məclisin Komitə sədri Ziyad Səmədzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Xəzər hövzəsi və Enerji təhlükəsizliyi” kitabının geniş oxucu , eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşımasının aktuasllığından söz açaraq bu gün nəinki regionda, eləcə də dünyada aktual paradiqma hesab edilən “enerji təhlükəsizliyi” nin təhlili məsələlərinin vacibliyindən bəhs etdilər.
Tədbirin sonunda siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi. Və müasir Azərbaycan döpvlətinin uğurlu enerji siaysəti ətrafında gələcək tədqiqatların müqayisəli metodlarla sistemləşdirəsinin zərurətindən bəhs etdi. Rufiz Qonaqov Azərbaycanın təkcə transit ölkə deyil həm də enerji mənbələri ilə zəngin olan bir ölkə olduğunu vurğulayıb və Azərbaycanın öz enerji tələbatını daxili imkanları hesabına təmin etdiyini bildirib.
Günay Elşadqızı / Metbuat.az