200 estetik əməliyyat keçirən qadının son istəyi həkimləri ŞOKA SALDI – FOTO

200 estetik əməliyyat keçirən qadının son istəyi həkimləri ŞOKA SALDI – FOTO
10:43 11 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Saysız-hesabsız estetik əməliyyatlar keçirən Pikse Foks adlı qadının son arzusu həkimləri şoka salıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 200-dən çox estetik əməliyyat keçirən Pikse Foks “Botched Doctors” proqramının qonağı olub. Cizgi film obrazı kimi görünmək üçün dəfələrlə bıçaq altına yatan 28 yaşlı qadın verilişdə son istəyini dilə gətirib, lakin həkimlər ona "yox" cavabı verib.

İstədiyi obraza bənzəmək üçün qabırğalarını çıxartdıran, göz rəngini belə dəyişdirən Foks bu dəfə başında saç kökləri ilə bağlı əməliyyat keçirmək istədiyini deyib. İştirak etdiyi verilişin cərrahları Terri Dubrou və Pol Nassif Foksun tələb etdiyi əməliyyatı həyata keçirməyi rədd edib. Cərrahlar bildirib ki, Foks estetik əməliyyatlardan asılı hala gəlib.

Xatırladaq ki, son dərəcə təhlükəli olan çənə sümüyü əməliyyatı üçün Foks Cənubi Koreyanın Seul şəhərinə gedib. Foks istədiyi üz quruluşuna nail olmaq üçün həkimlər əvvəlcə onun çənə sümüyünü sındırıb, daha sonra isə ona forma verib. Foks bu əməliyyatla üzünün daha kiçik görünəcəyini və gözlərinin daha böyük olacağını deyib.

"Sahib olduqlarımla qürur duyuram, məncə, bu, inanılmazdır. Yeni üzüm və bədənim var" deyə bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/qadin/262715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR