Şahzadənin hamilə həyat yoldaşı TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Şahzadənin hamilə həyat yoldaşı TƏƏCCÜBLƏNDİRDİ - FOTO
11:18 11 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Şahzadə Harrinin hamilə həyat yoldaşı Meqan Markl çıxışı ilə hər kəsi təəccübləndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ötən axşam Londonda “Fashion Awards” mərasimi keçirilib. Gecədə Meqan Markl da iştirak edib. Tədbir emosional məqamlar və parlaq ulduzların çıxışları ilə yadda qalıb, amma qonaqlar Meqanın səhnədəki nitqinə daha böyük reaksiya verib. Laureatların mükafatlandırması zamanı hamilə Sassesk hersoginyası səhnədə gözlənilmədən peyda olub. Məsələ ondadır ki, onun tədbirdə iştirakı elan edilməyib.

Meqan Markl səhnəyə çıxaraq onun gəlinliyini hazırlayan məşhur dizayner Ueyt Kellerə hekəylciyi təqdim edib. “Givenchy” moda evinin kreativ direktoru Kellerin reaksiyasından aydın olub ki, tədbirdə Meqanın iştirakı onun üçün də gözlənilməz olub.

“Burada, Böyük Britaniyada - mənim yeni evimdə olmaq və ingilis dizaynerlərinə mükafat təqdim etmək mənim üçün böyük şərəfdir” , - deyə şahzadə Harrinin həyat yoldaşı bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/262724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR