Avro-2020-nin seçmə mərhələsinin birinci turunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, görüş Zaqrebdəki "Maksimir" stadionunda oynanılacaq. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü gələn il martın 21-i keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az