Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. İran bir müddət əvvəl ballistik raketlərin yeni sınağını keçirdiyini təsdiq edib. İsrail Avropaya təbii qaz nəql edə bilər. “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib.

Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı yeni bir addım atmayacağını açıqlayıb.

“Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyə ilə Ermənistanın münasibətlərinə də təsir edir. Əvvəl də açıqlamışdım. Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazırıq. Ümid edirəm Türkiyə də buna hazırdır”, - deyə Paşinyan bildirib.

Paşinyan Qarabağ münaqişəsinin həll olunacağına ümid etdiyini qeyd edib.

“Bu problemi həll etməyə ümid edirik. Sülh yolu ilə həll variantını güclü şəkildə dəstəkləyirik”, - deyə Paşinyan Ermənistanın işğalçı tərəf olduğunu həmişə olduğu kimi gizlətməyə çalışıb.

Yaxın Şərqdə yeni hərbi ittifaq yaradılır. İttifaq ərəb dövlətlərini İŞİD, həmçinin “İran təhlükəsi”nə qarşı birləşdirə bilər. Onun MESA (Middle East Strategic Alliance) adlanacağı və NATO-nun “ərəb analoqu”nun olacağı gözlənilir.

Paşinyandan Türkiyəyə QARABAĞ ÇAĞIRIŞI, iki BOMBARDMANÇI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Yeni NATO: ABŞ ərəblərin üzərindən KİMLƏRİ HƏDƏF ALIR?